27 - 28 Sentyabr tarixində saat 09.00-dan saat 17.00-ə (saat 13.00 - 14.00 nahar fasiləsidir) kimi sənədlərin qəbulu aparılacaqdır. 18 yaşdan kiçik tələbələr müqavilə bağlamaq üçün mütləq şəkildə ya valideynlərindən biri, və ya valideynin etibarnamə verdiyi şəxs yanında olmalıdır. Aşağıdakı sənədlər tələb olunur:
1) Attestat (əsli);
2) Şəxsiyyət vəsiqəsinin əsli və 2 ədəd surəti;
3) Fotoşəkil 3x4 - 4 ədəd;
4) imtiyazlı (Şəhid və Qazi övladları, məcburi köçkün, əlilliyi olanlar, valideyn himayəsindən məhrum olanlar) tələbələr üçün həmin statusu təsdiq edən sənədin əsli və surəti.
Ünvan: Bakı şəhəri, Ənvər Qasımzadə küçəsi 14, Azərbaycan Tibb Universitetinin 2 saylı tədris korpusu (inzibati binanın (rektorluq) yanında).