Müsahibəni müvəffəqiyyətlə keçən əcnəbi vətəndaşların nəzərinə!

2021-2022-ci tədris ilində ATU-nun Hazırlıq kursuna qəbul olmaq üçün müsahibəni müvəffəqiyyətlə
keçən əcnəbi vətəndaşların nəzərinə!


Universitet Elmi Şurasının 27.10.2021-ci il tarixli iclasının qərarına əsasən 2021-2022-ci tədris ilinin
Hazırlıq kursu distant formada keçiriləcək. Həmçinin, qeydiyyatın son mərhələsi (müqavilə imzalanması)
distant formada təşkil olunacaq. admission.amu.edu.az veb portalında yaratdığınız profildəki e-mail
ünvanınıza qeydiyyatla əlaqədar lazımi göstərişlər göndəriləcək.
Eyni zamanda, qeydiyyatın son mərhələsini (müqavilə imzalanması) üz-üzə keçmək istəyən və Bakıya
gəlmək imkanı olan əcnəbi vətəndaşlar, ATU-nun Xarici tələbələrlə iş üzrə dekanlığına 2021-ci ilin dekabr
ayının 25-nə qədər istənilən iş günu saat 14:00-dan 18:00-a kimi müraciət edə bilərlər.
Hörmətlə, ATU rəhbərliyi.