Təhsil Tələbə Kreditləri üçün müraciətlərin qəbulu başlayır

Təhsil Tələbə Kreditləri üçün müraciətlərin qəbulu başlayır

Prezidentin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə AR Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilib.

Təhsil Tələbə Kreditinin (TTK) ayrılmasında məqsəd təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.

TTK-nın sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər və onlara kreditlər güzəştli şərtlərlə verilir.

Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

Bu gündən - 23 noyabr tarixindən etibarən TTK üçün müraciətlərin qəbuluna başlanılır. Qeydiyyat prosesi e-ttkf.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Portaldan istifadə üçün “Təlimat” və “Sual-cavab” bölməsi ilə aşağıda tanış ola bilərsiniz.

Təlimat

Sual-cavab