I Müalicə Profilaktika Fakültəsi yeni layihə ilə qarşınızdadır.
Məqsədimiz :
Hər bir tələbə univeristet həyatı boyunca müxtəlif ixtisasa yiyələnmək, o yöndə özünü inkişaf etdirmək istəyir. Bu layihəmiz tələbələrimizə istədikləri ixtisasla əvvəlcədən tanış olmaq, onun çətinliyi ilə rastlaşmaq, seçəcəkləri ixtisasın onlar üçün uyğun olub-olmamasını öyrənməyə şərait yaradacaqdır.
Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində nəzərdə tutulmuş "Rezident Həyatı Yaşa" layihəsi ilə Azərbaycan Tibb Universitetinin nəznində olan klinika və I Müalicə Profilaktika Fakültəsinin əlaqə qurduğu özəl xəstəxanalarda istədiyiniz ixtisas üzrə rezidentin iş həyatı ilə tanış ola bilərsiniz.
Bunun üçün yalnız Azərbaycan Tibb Univeristetinin "Müalicə işi (tibb)" ixtisası üzrə 3, 4 və 5-ci kurs üzrə təhsil almağınız və aşağıdakı göstərilən link vasitəsi ilə qeydiyyatdan keçməyiniz lazımdır. Qeydiyyatdan keçən tələbələrlə fakültə rəhbərliyinin görüşü olacaq və müvafiq seçimdən keçən tələbələr layihədə iştirak etmək hüququ qazanacaqlar.
Layihədə iştirak edən tələbələr kuratorları tərəfindən göndərilən xasiyyətnaməyə əsasən sertifikatla qiymətləndiriləcəklər.