Hamiləlik və uşağa quluğa görə sosial məzuniyyətdən qayıdan rezidentlər üçün eyni zamanda 2021-ci ilin oktyabr ayında keçirilmiş dövri attestasiyadan qeyri-kafi qiymət alan və iştirak edə bilməyən rezidentlər üçün Təkrar Dövri Attestasiya keçirilir:
Təkrar Dövrü attestasiya 26 yanvar 2022-ci il tarixində və SAAT 15:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcək. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir
Təkrar Dövrü attestasiyanın test mərhələsində rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verməlidir. Test suallarına hər düzgün cavab 2(iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur ( səhv cavablar düz cavablara təsir göstərmir). Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab olunurlar. Dövrü attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini və peyvənd vəsiqələrini təqdim etməlidirlər (vəsiqəsi olmayan rezidentlər arayış və ya immun sertifikatını təqdim etməlidir).
Qeyd: 2020-ci il və 2021-ci illərdə imtahan giriş kodlarında hec bir dəyişiklik yoxdur. Kodu olmayan rezidentlər kodlarını əldə etmək üçün imtahandan 30 dəqiqə əvvəl İmtahan Mərkəzinə yaxınlaşa bilər.
Əlavə suallar üçün 012-597-44-83 nömərsi ilə əlaqə saxlaya bilərsiz .
Rezidentura və magistratura şöbəsi