Məzun həkim-rezidentlərin nəzərinə:
Təkrar Yekun attestasiya üzrə test mərhələsi 21 Fevral 2022-ci il tarixində
Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində keçiriləcək.
Yekun attestasiya test mərhələsində rezident 3 saat ərzində 45 test sualına cavab verməlidir. 45-test tapşırığından 40-ı standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndiriləcəkdir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulacaqdır. 2019-2020-ci tədris ilindən etibarən rezidentlərin yekun attestasiya qiymətləndirilməsində tətbiq olunan hər bir test tapşırığı 2 balla qiymətləndirilən 5 açıq tipli testlərdən istifadə olunacaqdır.
Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Yekun Attestasiyanın test mərhələsi 21 Fevral 2022-ci il tarixində , saat 11:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir. Yekun attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini və peyvənd vəsiqələrini təqdim etməlidirlər (peyvənd vəsiqəsi olmayan rezidentlər arayış və ya immun sertifikatını təqdim etməlidir). İmtahana giriş kodlarını unudan rezidentlər imtahandan 30 dəqiqə öncə İmtahan mərkəzinə yaxınlaşaraq kodlarını əldə edə bilərlər.
Təkrar Yekun attestasiyanın praktik mərhələsi 25 fevral 2022-ci il tarixində keçiriləcək. Praktik komponentin ixtisas üzrə yer və saatı irəlidəki günlərdə elan olunacaq.
Əlavə sullar üçün əlaqə: 012-597-44-83
Rezidentura və magistratura şöbəsi