Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri sözlü və poster məruzələr şəklində dinləniləcəkdir. İştirakçılar 56 ixtisas üzrə tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşacaq və müzakirə edəcəklər. Konfrans Azərbaycan Tibb Universitetinin əsas binasında və klinikalarında keçiriləcəkdir.
Münsiflər heyəti tərəfindən ən yaxşı sözlü və poster məruzələr diplom və hədiyyələrlə mükafatlandırılacaqdır. Bütün iştirakçılara konfransın yekununda iştirakçı sertifikatı veriləcəkdir. Ən yaxşı elmi tədqiqat işləri məqalə şəklində çap üçün seçiləcək və müvafiq işlərin rəhbərlərinə diplomlar veriləcəkdir. Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.
Konfransın təşkilat komitəsi ölkə rezidentlərini konfransda iştirak etməyə, topluda elmi araşdırmalarının nəticələrini (tezisləri) dərc etməyə dəvət edir.
Təqdim edəcəyiniz işlər aşağıdakı formatda yazılmalıdır:
-Tezislər azərbaycan, rus və ingilis dillərində yazılmalıdır
-Tezislər 1 səhifədən çox olmamaq şərtilə (format A4), Times New Roman şrifti ilə, şriftin ölçüsü 12, sətirlər arasındakı məsafə 1,15 olmaqla yazılmalıdır
-İşlər orijinal xarakterdə olmalı, ardıcıl olaraq aktuallıq, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır
-Əvvəlcə baş hərflərlə tezisin adı verilməli, sonralı sətirdə müəllifin və elmi rəhbərin adı və soyadı tam şəkildə yazılmalıdır. Daha sonra müəllifin çalışdığı müəssisə, kafedra və ya şöbənin adı tam şəkildə qeyd olunmalıdır.
-Hər elmi işdə müəlliflərin sayı 4-dən çox olmamalıdır.
Tezislərin çap və elektron variantları 01.04.2022 tarixədək ATU-nun rezidentura və magistratura şöbəsinə təqdim olunmalıdır (Çap və CD şəklində). Ətraflı məlumat üçün ATU-nun Rezidentura və magistratura şöbəsi ilə əlaqə saxlaya biləırsiniz. Telefon: +99412 5974483