2022-ci ilin fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı barədə
2022-ci ilin fevral aylında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 14 və 15 aprel 2022-ci il tarixində aşağıdakı cədvəl üzrə keçiriləcəkdir. Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.
Tarix və vaxt |
İxtisas |
14 aprel 2022-ci il saat 10:00 |
Anesteziologiya-reanimatologiya Pediatriya Nevrologiya Daxili xəstəliklər Kardiologiya Hematologiya Laboratoriya işi Nefrologiya |
15 aprel 2022-ci il saat 10:00 |
Mamalıq-ginekologiya Stomatologiya Şüa diaqnostikası Mikrobiologiya Ümumi cərrahiyyə Onkologiya Uşaq cərrahiyyəsi Otorinolarinqologiya Yoluxucu xəstəliklər Oftalmologiya Psixiatriya Dermatovenerologiya Revmatologiya |