KAFEDRALAR ÜZRƏ YERLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİLİR

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI YERLƏRİ TUTMAQ ÜÇÜN

MÜSABİQƏ ELAN EDİR:

 

Kafedranın professoru:

 

-

İnsan anatomiyası və tibbi terminologiya kafedrası

- 1 yer (0,5 vahid)

 

Kafedraların dosentləri:

 

-

Allerqologiya və immunologiya kafedrası

- 1 yer

-

Psixiatriya kafedrası

- 1 yer

-

Neyrocərrahlıq kafedrası

- 1 yer

-

Onkologiya kafedrası

- 2 yer

-

Tibbi mikrobiologiya və immunologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

Qidalanma və tibbi ekologiya kafedrası

- 3 yer

-

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası

- 1 yer (0,5 vahid)

-

I Daxili xəstəliklər kafedrası

- 1 yer

 

Kafedraların assistentləri:

 

-

Yoluxucu xəstəliklər kafedrası

- 2 yer (0,75 vahid)

-

Ağız və üz-çənə cərrahiyyəsi kafedrası

- 1 yer (0,5 vahid)

-

I Uşaq xəstəlikləri kafedrası

- 1 yer (0,5 vahid)

-

II Uşaq xəstəlikləri kafedrası

- 2 yer (0,5 vahid)

-

Əczaçılıq kimyası kafedrası

- 1 yer

-

I Mamalıq və ginekologiya kafedrası

- 2 yer

-

I Mamalıq və ginekologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

Oftalmologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

Terapevtik stomatologiya kafedrası

- 2 yer (0,5 vahid)

-

Ortopedik stomatologiya kafedrası

- 1 yer

-

Psixiatriya kafedrası

- 1 yer

-

I Daxili xəstəliklər kafedrası

- 1 yer (0,5 vahid)

-

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası

- 2 yer (0,5 vahid)

-

Dermatovenerologiya kafedrası

- 1 yer

-

Ümumi və toksikoloji kimya kafedrası

- 2 yer (0,5 vahid)

-

Ailə təbabəti kafedrası

- 5 yer

-

Bioloji kimya kafedrası

- 1 yer

 

Kafedranın baş müəllimi:

 

-

Bioloji kimya kafedrası

- 2 yer

-

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası

- 1 yer

-

Qidalanma və tibbi ekologiya kafedrası

- 1 yer

 

Elmi Tədqiqat Mərkəzi:

 

-

Toksikologiya şöbəsi (şöbə müdiri)

- 1 yer

-

Toksikologiya şöbəsi (kiçik elmi işçi)

- 1 yer

-

Patoloji proseslərin modelləşdirilməsi və eksperimental terapiya şöbəsi (baş elmi işçi)

- 1 yer

-

Elektron mikroskopiya şöbəsi (böyük elmi işçi)

- 1 yer

-

Morfologiya və histologiya şöbəsi (kiçik elmi işçi)

- 1 yer

-

İmmunologiya şöbəsi (kiçik elmi işçi)

- 1 yer

 

Elmi Tədqiqat Laboratoriyası

 

-

Bioloji kimya kafedrası üzrə elmi tədqiqat laboratoriyası (laboratoriya müdiri)

- 1 yer

-

Bioloji kimya kafedrası üzrə elmi tədqiqat laboratoriyası (baş elmi işçi)

- 1 yer

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan qəzetdə dərc olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

AZ 1007, Bakı şəhəri, Ənvər Qasımzadə küçəsi,14

Telefon: 597-10-08       

 

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə.

Kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqədə iştirak edənlər Elmi katibliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Rektorun adına ərizə.
  2. Kadrlar uçotunun şəxsi vərəqəsi (yeni formatda).
  3. Kafedradan verilmiş xasiyyətnamə. Xasiyyətnaməni kafedranın müdiri və həmkarlar təşkilatının sədri imzalamalıdır. Xasiyyətnamənin müsbət və ya mənfi olması, o cümlədən bu şəxsin yeni müddətə kafedrada çalışıb və ya çalışmaması əsaslandırılmalıdır. Kafedra müdiri vəzifəsinə iddiaçılara xasiyyətnaməni fakültənin dekanı və həmkarlar təşkilatının sədri imzalamalıdır.
  4. Tərcümeyi-hal. Burada şəkil, ad, soyad, bitirdiyi məktəblər, elmi ad və dərəcələr, bildiyi dillər, bildiyi kompüter proqramları, çap olunmuş işlərin sayı, işlədiyi yerlər, hazırkı vəzifədə neçə il çalışması, niyə bu vəzifədə yenidən seçilmək istəməsi, olduğu ixtisasartırma kursları, ailə vəziyyəti barədə ətraflı məlumat, yaşadığı ünvan, elektron poçt ünvanı və telefonu göstərilməlidir.
  5. ATU-nun Klinikalarında çalışanlar üçün son beş ilin həkimlik fəaliyyəti barədə klinikadan verilmiş arayış. Arayış klinikanın direktoru və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmalıdır.
  6. Son beş il ərzində çap olunan elmi işlərin siyahısı. Siyahı müəllif və kafedra müdiri tərəfindən imzalanmalıdır.
  7. Açıq mühazirənin və ya açıq təcrübi dərsin videoçəkilişinin diski.
  8. Şəxsiyyət vəsiqəsinin surəti.
  9. Müvafiq elmi dərəcə diplomu və elmi ad attestatının surəti.

Qeyd: ATU-nun əməkdaşı olmayan mütəxəssislər siyahıdakı 3-cü, 5-ci və 7-ci bənddəki sənədlərin əvəzinə, sonuncu iş yerindən verilən xasiyyətnamə, işlədiyi klinikadan həkimlik fəaliyyəti barədə arayış və əmək kitabçasından çıxarışı təqdim etməlidir.