Diqqət!

 

Azərbaycan Tibb Universitetində “Şöhrət” ordenli Xalq Yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının I katibi Çingiz Abdullayevlə görüş keçiriləcək.

Çingiz Abdullayevin əsərləri xarici dillərdə MDB, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsrail və digər ölkələrdə nəşr olunub.

Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev dünyada ən çox oxunan müəlliflərdəndir. Onun detektiv qəhrəmanı Dronqo bütün dünyada məşhurdur.

Görüş 20 may 15:00-da ATU-nun 5saylı tədris binası (akt zalı) keçiriləcək.