Hörmətli həmkarlar,

 

Bildirmək istərdik ki, Almaniyanın Münhen Texniki Universiteti “Peşə təhsili və innovasiyası” üzrə ödənişsiz magistratura proqramına qəbul həyata keçirir. Təhsil haqqı Almaniyanın Federal Təhsil və Araşdırma Nazirliyi tərəfindən maliyyələşdirilir. Peşə təhsili və hazırlığı sahəsində çalışan beynəlxalq mütəxəssisləri hədəf alan bu proqram iştirakçıların mövcud bilik və bacarıqlarının artırılması məqsədinə xidmət edir. Müraciət üçün son tarix 31 iyuldur.

 

Ətraflı məlumat üçün: https://www.lll.tum.de/master-in-vocational-education/ 

Məlumat baxılmaq üçün təqdim edilir.