DİQQƏT!

2023-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri - 2023” mövzusunda elmi-praktik beynəlxalq konqres keçiriləcək. Təqdim olunacaq işlər konqresin materiallarında çap ediləcək.

Tezislər aşaqıdakı tələblərə uyğun olmalıdır:

- Tezislər azərbaycan, rus və yaxud ingilis dillərində yazılmalıdır.

- Tezislər 1 səhifədən çox olmamaq şərtilə (format A4), “Times New Roman” şrifti ilə kompyuterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1,5 olmalıdır.

- Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır.

- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı), müəlliflərin çalışdığı kafedranın adı qeyd edilir.

- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır.

Tezislərin çap və elektron variantları (CD disk mütləqdir!) 30 dekabr 2022-ci ilə qədər Universitetin Elmi hissəsinə birbaşa təqdim oluna və aşağıdakı elektron poçt vasitəsilə göndərilə bilər (elektron və çap olunmuş variantda kafedranın müdirinin təsdiqi ilə).

Konfrans haqqında daha ətraflı məlumatı elmi hissədə əldə edə bilərsiniz.

Tel.: 994-12- 597-45-11 E-mail: [email protected]