ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLUNMASININ 100 İLLİYİ

2023-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri -2023” mövzusunda elmi-praktik beynəlxalq konqres keçiriləcək.

Bununla əlaqədar olaraq tezislər qəbul olunur.
Tezislər aşaqıdakı tələblərə uyğun olmalıdır:
- Tezislər azərbaycan,
türk, rus və yaxud ingilis dillərində yazılmalıdır.
- Tezislər 1 səhifədən çox olmamaq şərtilə (format A4), “Times New Roman” şrifti ilə kompyuterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1,5 olmalıdır.
- Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır.
- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı), müəlliflərin çalışdığı kafedranın adı qeyd edilir.
- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır.

-  Nəzərinizə catdırmaq istəyirik ki, tezislər plagiat  proqramı ilə oxlanılacaqdır.
- Tezislərin çap və elektron variantları (CD disk mütləqdir!) 30 dekabr 2022-ci ilə qədər
Universitetin Elmi hissəsinə birbaşa təqdim oluna və aşağıdakı elektron poçt vasitəsilə göndərilə bilər (elektron və çap olunmuş variantda kafedranın müdirinin təsdiqi ilə).
Konfrans haqqında daha ətraflı məlumatı elmi hissədə əldə edə bilərsiniz.
Tel.: i994-12- 597-45-11 E-mail: 
[email protected]