Əcnəbi tələbələrin nəzərinə!!!
Diqqətinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əlavə Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında müqavilənin 2.2.4. bəndinə əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin (müvəqqəti yaşama icazəsi) surətini təhsil müəssisəsinə təqdim etməlidir. Həmin Qaydaların 3.1.4. bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini 90 (doxsan) gün ərzində təhsil müəssisəsinə təqdim etmədikdə əcnəbi tələbə ilə bağlanmış müqaviləyə xitam verilir və əcnəbi tələbə universitetdən xaric olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, dekabrın ayının 20-nə qədər müvəqqəti yaşama icazəsinin surətini Xarici tələbələrlə iş üzrə dekanlığa təqdim etməyiniz xahiş olunur.
Hörmətlə,
Xarici tələbələrlə iş üzrə dekanlıq
Attention foreign students!!!
We would like to bring to your attention that according to paragraph 2.2.4 of the agreement on receiving paid education in addition to the "Rules for the education of citizens of the Republic of Azerbaijan in foreign countries, foreigners and stateless persons in the Republic of Azerbaijan", approved by the decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan No. 125 dated May 1, 2015, between an educational institution of the Republic of Azerbaijan and a foreign student, within 90 (ninety) days from the date of official admission to the educational institutions of the Republic of Azerbaijan in the form of full-time education, a copy of the document confirming their residence in the territory of the Republic of Azerbaijan (temporary residence permit) must be submitted to the educational institution. According to the paragraph 3.1.4 of those Rules, if a copy of the document confirming their residence in the territory of the Republic of Azerbaijan is not submitted to the educational institution within 90 (ninety) days, the contract concluded with the foreign student is terminated and the foreign student is expelled from the university. Taking into account the above, you are requested to submit the copy of the temporary residence permit to the Dean Office for Foreign Students by December 20.
Sincerely,
Dean Office for Foreign Students