Həkim-rezidentlərin nəzərinə!

Hamiləlik və uşağa quluğa görə sosial məzuniyyətdən qayıdan rezidentlər üçün,  eyni zamanda  2022-ci ilin oktyabr ayında keçirilmiş dövri attestasiyadan  qeyri-kafi qiymət alan  və ya  iştirak edə bilməyən rezidentlər üçün Təkrar Dövri Attestasiya keçirilir:

Təkrar Dövri attestasiya (bütün ixtisaslar üzrə)  10 fevral  2023-ci il tarixində, saat  11:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində ( VTM ) keçiriləcək. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir

Təkrar Dövri attestasiyanın test mərhələsində rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verməlidir. Test suallarına hər düzgün cavab 2(iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur ( səhv cavablar düz cavablara təsir göstərmir). Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab olunurlar.

 

Qeyd: Dövri attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Kodu olmayan rezidentlər kodlarını əldə etmək üçün imtahandan 30 dəqiqə əvvəl İmtahan Mərkəzinə yaxınlaşa bilər.

 

Rezidentura və magistratura şöbəsi

Əlavə suallar üçün 012-597-44-83 nömərsi ilə əlaqə saxlaya bilərsiz.