Məzun həkim-rezidentlərin nəzərinə!

Yekun attestasiya üzrə  imtahanın test mərhələsi  17 fevral 2023-cü il saat 11:00-da ATU-nun İmtahan Mərkəzində (VTM), praktik komponent mərhələsi isə 23 fevral 2023-cü il  tarixində  saat 10:00-da ATU-nun uyğun kafedralarında keçiriləcəkdir.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun Attestasiyanın test mərhələsi-Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində-Mamalıq-ginekologiya, Travmatologiya-ortopediya, Stomatologiya, Tibbi Mikrobiologiya, Kardiologiya, Otorinolarinqologiya, Daxili xəstəliklər, Şüa-diaqnostikası, Endokrinologiya, Ümumi cərrahiyyə, Laboratoriya işi, Nevrologiya,Yoluxucu xəstəliklər, Nefrologiya, Pediatriya, Dermatovenerologiya, Oftalmologiya, Ftiziatriya, Üz-çənə cərrahiyyəsi və Psixiatriya ixtisasları üzrə   keçiriləcəkdir.

Yekun attestasiyanın test mərhələsində rezident 3 saat ərzində 45 test sualına cavab verməlidir. 45-test tapşırığından 40-ı standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndirilir və səhv cavablar və ya sualın cavabsız qoyulması 0(sıfır) bala bərabər tutulur. 5 sayda  açıq tipli testlərin isə hər biri 2 (iki) balla  qiymətləndirilir və açıq sualların çoxcavablı tipində səhv cavablar düz cavablara təsir göstərir.  Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

Yekun attestasiyasının praktiki komponent mərhələsi Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Bu mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

 

İxtisaslar

Yekun attestasiyanın praktik mərhələsi  üzrə Imtahanın keçiriləcəyi yer

Ümumi cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  XIII mərtəbə

Oftalmologiya

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  IV mərtəbə

Stomatologiya

Azərbaycan Tibb Universitetinin Tədris  Stomatologiya Klinikası

Daxili xəstəliklər

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, VIII mərtəbə

Kardiologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası,  VIII  mərtəbə

Dermatovenerologiya

Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrası(Dəri-Zöhrəvi dispanserin nəzdində)  

Endokrinologiya

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, IX mərtəbə

Şüa diaqnostikası

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, XII mərtəbə.

Travmatologiya-ortopediya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IX mərtəbə

Nefrologiya

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, IV mərtəbə

Ftiziatriya

Azərbaycan Tibb Universitetinin  Ağ ciyər xəstəlikləri kafedrası

Tibbi mikrobiologiya

Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası, III mərtəbə

Laboratoriya işi

Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrası, 4 nömrəli  tədris binası,  IV mərtəbə

Mamalıq-ginekologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, XIII mərtəbə

Otorinolarinqologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Nevrologiya

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, VII mərtəbə

Yoluxucu xəstəliklər

Azərbaycan Tibb Universitetinin  1№-li tədris korpusu (Latın korpusu), II mərtəbə

Pediatriya

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, V mərtəbə

Psixiatriya

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası

Üz-çənə cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Rezidentura və magistratura şöbəsi

012 597 44 83