20 aprel 2023-cü ildə elmi-praktik konfrans keçiriləcəkdir.

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR əLİYEVİN

100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ REZİDENTLƏRİN VƏ MAGİSTRANTLARIN  ELMİ-PRAKTİK KONFRANSI

 

ATUREK 11

 

əZİZ REZİDENTLƏR VƏ MAGİSTRLƏR!

 

20 aprel 2023-cü ildə Azərbaycan Tibb Universitetində

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunmuş rezidentlərin və magistrantların  elmi-praktik konfransı keçiriləcəkdir.

 

Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri sözlü və poster məruzələr şəklində dinləniləcək, konfrans Azərbaycan Tibb Universitetinin əsas binasında və klinikalarında keçiriləcəkdir.

Konfransın təşkilat komitəsi ölkə rezidentlərini və ATU-nun magistrantlarını  konfransda iştirak etməyə dəvət edir.

 Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.

Məruzə mövzularınız və tezislərinizi 01.04.2023 tarixədək ATU-nun rezidentura və magistratura şöbəsinə təqdim etməyiniz xahiş olunur.

Təqdim edəcəyiniz  elmi işlər aşağıdakı formatda yazılmalıdı;

-Tezislər azərbaycan və ya  rus və ya ingilis dillərində yazılmalıdır;

-Tezislər 2 səhifədən çox olmamaq şərtilə (format A4), Times New Roman şrifti ilə, şriftin ölçüsü 12, sətirlər arasındakı məsafə 1,15 olmaqla yazılmalıdır;

-İşlər orijinal xarakterdə olmalı, ardıcıl olaraq aktuallıq, tədqiqatın  məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır;

-Əvvəlcə baş hərflərlə tezisin adı verilməli, sonrakı sətirdə müəllifin və elmi rəhbərin adı və soyadı tam şəkildə yazılmalıdır.  Daha sonra müəllifin çalışdığı müəssisə, kafedra və ya şöbənin adı tam şəkildə qeyd olunmalıdır.

-Hər elmi işdə müəlliflərin sayı 4-dən çox olmamalıdır.

Tezislərin çap və elektron variantları 01.04.2023 tarixədək ATU-nun rezidentura və magistratura şöbəsinə təqdim olunmalıdır (Çap və CD şəklində). Ətraflı məlumat üçün ATU-nun Rezidentura və magistratura şöbəsi ilə əlaqə saxlaya biləırsiniz.

 

Telefon: +99412 5974483