Təqaüd proqramı elanı!

Təqaüd proqramı elanı!

Tələbələrin nəzərinə:

Azərbaycan Tibb Universitetinin tərəfdaşı olduğu Litva Sağlamlıq Elmləri Universiteti Litva Milli Təqaüd Proqramı çərçivəsində 1-2 semestrlik təhsil üçün təqaüd proqramı elan edir. Qeydiyyat üçün şərtlər:

1. Tələbə Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

2. Litva ali təhsil müəssisəsindən rəsmi qəbul icazəsi (Şərti Tədris Müqaviləsi).

3. B2 səviyyədə İngilis dili sertifiat (beynəlxalq səviyyədə tanınan).

4. Ən azı 1 tövsiyə məktubu (Professor-müəllim heyətindən və ya dekanlıqdan). Tövsiyə məktubu onlayn qeydiyyat sisteminə yüklənməlidir.

5. Motivasiya məktubu.

Tövsiyə və motivasiya məktublarının nümunəsi elan saytında yerləşdirilib.

Proqram haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://studyin.lt/scholarships/short-term-studies/

Proqramın son qeydiyyat tarixi 08 may 2023-cü ildir.