Emerald nəşriyyatının kitab və jurnallarından ödənişsiz istifadə imkanı

Elektron kitabxana istifadəçilərinin nəzərinə.

AzKiK 2023-cü il  31.03.2023 – 30.04.2023-cü  il tarixindən etibarən bir ay sınaq müddətində Emerald nəşriyyatının kitab və jurnallarından  ödənişsiz istifadə imkanı təqdim edir. Oxucular 150-dən çox ölkədən tanınmış akademiklərin müəllifi olduğu 3300-dən çox elektron kitab və 300-dən çox jurnallardan yararlana biləcəklər.

Sınaq müddətində Emerald nəşriyyatının resurslarına https://www.emerald.com/insight linki vasitəsilə daxil olmaq mümkündür.