“Gənc Alimlərin və Tibb Tələbələrinin Beynəlxalq Konqresi”

Hörmətli: ....................................................

Sizi Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc Alimlərin və Tibb Tələbələrinin Beynəlxalq Konqresi”nə dəvət etməkdən məmnunluğumuzu bildiririk.

Konqres respublika və beynəlxalq səviyyədə tanınmış bir çox elm adamları və gənc tədqiqatçıların iştirakları ilə həyata keçiriləcəkdir.

Konqresin proqramında nəzəri-təbabət, klinik və ictimai-siyasi bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur. Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrinin rektorlarının dəstəyi ilə tibb kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində təhsil alan gənc alim və tələbələr arasında keçiriləcək bu konqresdə elm adamlarının iştirakı əməkdaşlığımızın daha da yüksəldilməsi, bilik və təcrübələrmizin mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəyinə inanırıq.

Konqres 13-14 aprel 2023-cü il tarixlərində Azərbaycan Tibb Universitetinin əsas binasında keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Mərdanov qardaşları 100, Azərbaycan Tibb Universitetinin 5 tədris korpusu

Əlaqə: Tel: 050 3137855 E-poşt: dr.mushvig.hasanlı@gmail.com

 

Uğurlarınızın davamlı olması arzuları ilə,

TƏŞKİLAT KOMİTƏSİ