TƏKRAR ALİ TƏHSİL ALMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

             Azərbaycan Tibb Universiteti 2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə əyani formada tədrisə tam cəlbolunmaqla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

Sıra №si

İxtisasın şifrəsi

İxtisasın adı

Təhsil haqqı məbləği (manatla)

1

050904

Tibb

4 500

2

050902

İctimai səhiyyə

4 000

3

050903

Stomatologiya

4 000

4

050802

Əczaçılıq

4 000

5

050803

Fizioterapiya və tibbi reabilitasiya

4 000

6

050808

Tibb bacısı işi

4 000

Təkrar ali təhsil almaq üçün sənədlərin qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə  2023-cü ilin may ayının 17-dən avqust ayının 31-dək həyata keçiriləcəkdir.

Qəbul olduqdan sonra aşağıdakı sənədləri Universitetin Tədris departamentinə təqdim etməyiniz xahiş olunur:

  1. Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
  2. Diploma əlavənin notarial qaydada təsdiq olunmuş surəti;
  3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
  4. 3x4 sm. ölçüdə 3 ədəd fotoşəkil;
  5. Hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün)

Təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında təhsilin birinci ilində tam şəkildə ödənilir. Əcnəbi vətəndaşlar üçün təhsil haqqı 5000 ABŞ dolları təşkil edir.

Hər hansı ixtisas üzrə sənədləri təqdim edən məzunların sayı 7 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır. Təhsilalma forması tədrisə tam cəlbolunma (full time) olacaqdır.

1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

2020/2021-ci tədris ilindən etibarən bütün ixtisaslar üzrə Təhsil Proqramları dəyişilmiş və yenisi qəbul olunmuşdur. Buna görə də əlavə təhsil almaq istəyənlər hər hansı ixtisas üzrə Təhsil Proqramında nəzərdə tutulmuş bütün fənləri (I – VI kurslar üzrə olmaqla) yenidən dinləməlidirlər. Nəzərə almağınız xahş olunur.

Ünvan: Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 14, Azərbaycan Tibb Universiteti

Telefon: (+99412) 597 44 90

e-mail: [email protected]