Azərbaycan Tibb Universiteti Əsaslı Kitabxanası 10 məlumat bazasından uzaq məsafədən istifadə imkanı təqdim edir.
Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasının üzvü olduğu Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu tərəfindən professor-müəllim heyəti və tədqiqatçıları üçün EBSCOHost platformasının 10 məlumat bazasından uzaq məsafədən istifadə imkanı təqdim edir. Məzuniyyət dövründə elmi araşdırmalar üçün bu məlumat bazalarına 01.07.2023-cü il tarixindən 01.10.2023-cü il tarixinədək yalnız universitet daxilindən deyil, istənilən yerdən daxil olmaq mümkün olacaq. Məlumat bazalarından uzaq məsafədən istifadə üçün https://search.ebscohost.com linkinə daxil olaraq http://elibrary.bsu.edu.az/ → Tammətnli məlumat bazaları → EBSCO keçidini seçib
User ID amuaz
Password: Research123! daxil etmək kifayətdir.
İstənilən məsafədən təqdim olunan məlumat bazaları aşağıdakılardır:
1. Academic Search Premier – Tammətnli multidisiplinar məlumat bazasıdır, biologiya, biotexnologiya, bioinformatika, coğrafiya, geologiya, fizika, riyaziyyat, mexanika, informasiya texnologiyaları, tarix, hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, idarəetmə, dilçilik, fəlsəfə, psixologiya, dünya ədəbiyyatı, regionşünaslıq kimi yüzlərlə bilik sahəsini əhatə edir. Kolleksiyaya daxil olan 2000-dən çox tammətnli jurnaldan 1700-ü “Web of Science” və “Scopus” məlumat bazalarında indeksləşdirilir.
2. Business Source Premier – Tammətnli ixtisaslaşdırılmış məlumat bazasıdır, bura iqtisadiyyat, biznes, menecment, maliyyə, mühasibatlıq, innovativ sahibkarlıq sahəsinə dair jurnallar, monoqrafiyalar, konfrans topluları, hökumət sənədləri, analitik hesabatlar, maliyyə icmalları və videomateriallar daxildir.
3. MasterFile Premier – Tammətnli multidisiplinar məlumat bazasıdır, sosial sfera, biznesin inkişafı, səhiyyə, təhsil və mədəniyyətə dair monoqrafiya, ensiklopedik nəşrlər, ilkin mənbələr, fotoşəkillər, xəritələr və s. özündə ehtiva edir.
4. Newspaper Source və Regional Business News – Qəzetlər, almanaxlar və tammətnli xəbər nəşrlərinin məlumat bazasıdır.
5. MEDLINE – Tibb və biologiya sahəsinə aid yüzlərlə elmi jurnalın məqalələrinin xülasəsini, fundamental və klinik tibbin bütün aspektlərini: mamalıq, kardiologiya və stomatologiya, cərrahiyyə və s. mövzulara dair elmi məqalələri özündə əks etdirən biblioqrafik məlumat bazasıdır.
6. Health Source: Nursing/Academic Edition – Tibb və tibbi mövzular, o cümlədən psixi sağlamlıq, reanimasiya, tibbi hüquq və s. haqqında mövzu göstəricilərini, xülasələri və tammətnli məqalələri ehtiva edən məlumat bazasıdır.
7. Health Source: Consumer Edition – Jurnalların, soraq nəşrlərinin, tibb və sağlamlıq lüğətlərinin (Amerika Fitness Better Nutrition, Fit Pregnancy, Harvard Health Letter, Muscle&Fitness, Vegetarian Times kimi populyar mənbələr də daxil olmaqla) tammətnli məlumat bazasıdır.
8. ERIC (
9. Library, Information Science & Technology Abstracts (LISTA) – Kitabxana işi, bibliometriya, kataloqlaşdırma, təsnifat, elektron kitabxanalar, informasiya massivlərinin emalı və digər əlaqəli mövzular üzrə referativ məlumat bazasıdır.
10. GreenFILE - İnsanın ətraf mühitə təsirinin bütün aspektlərini əhatə edən bu kolleksiyaya iqlim dəyişikliyi məsələləri, kənd təsərrüfatının davamlı inkişafı, bərpa olunan enerji mənbələri, tullantıların emalı və s. mövzular üzrə materiallar daxildir. GreenFİLE məlumat bazası 1,1 milyondan çox məqalə üçün indeksləşdirilmiş xülasələri özündə ehtiva edir.