14 və 15 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün açıq qapı günləri təşkil ediləcəkdir.
Açıq qapı günləri çərçivəsində Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili almaq istəyən namizədlərə Hospitalın və onun şöbələrinin fəaliyyəti, rezidentlər üçün yaradılmış təlim və praktiki fəaliyyət imkanları, o cümlədən elmi tədqiqatlarda iştirak üçün yaradılmış şərait barədə ətraflı məlumat veriləcək.
Tibbi Xidmət İdarəsi bir çox yerli və beynəlxalq əhəmiyyətli təşkilarla əməkdaşlıq edərək istər təlim-tədris prosesinin, istər də tibbi xidmətlərin dünya standartalarına uyğunlaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirməkdədir. Bu baxımdan rezidentlərin yaradılmış mövcud şərait və imkanlarla əyani şəkildə tanış olması və yaranan sualların yerində cavablandırılması onların qərarvermə proseslərini daha aydın və dəqiq şəkildə həyata keçirməsinə öz müsbət töhfəsini verəcək.
2023-2024-cü illər üçün rezidentura qəbulu üzrə müsabiqə şərtlərini ödəyən namizədlər, digər tibb müəssisələrində rezidentura təhsilini davam etdirən və Mərkəzi Gömrük Hospitalında rotasiya keçmək istəyən rezidentlər, habelə ATU-nun sonuncu kurs tələbələri Açıq qapı günlərində iştirak edə bilər.
Açıq qapı günlərində iştirak etmək istəyən şəxslərin qeydiyyatdan keçməsi mütləqdir!
Qeydiyyat linki: https://forms.gle/9CgNvenvJLtM85CZ8