2023/2024-cü ildə Azərbaycan Tibb Universitetinin rezidenturasina və magistraturasina qəbul olmaq istəyən əcnəbi vətəndaşlarin nəzərinə

Qəbul olmaq istəyən şəxslər ilk öncə portal.edu.az saytından müraciət etdikdən sonra aşağıda qeyd olunan sənədləri 21.08.2023-cü il tarixindən 11.09.2023-cü il tarixinə qədər həftənin I, II, III, IV və V günləri saat 1400 - 1700  aralığında, Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinə təqdim etməlidirlər.

Qeyd: portal.edu.az saytında müraciət 15.08.2023-cü il tarixində aktivləşəcək və   11.09.2023-cü il tarixində sonlanacaqdır.

1. Azərbaycan Tibb Universitetinin rektorunun adına ərizə

2. Ali tibb təhsili haqqında diplom və surəti

3. Ali tibb təhsili haqqında diplomun nostrifikasiyası (xarici ölkə universitetlərinin məzunu olduğu halda)

4. Ümumvətəndaş passportu

5. Azəbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsinin surəti (olduğu halda)

6. Sağlamlıq haqqında arayış (Hepatit  B.C) (QİÇS)

 

Rezidentura  və magistratura şöbəsi

Tel: (012) 597 44 83

Elektron ünvan: [email protected]