ATU tələbəsi adını qazanan abituriyentlərin nəzərinə!

Portal.edu.az” portalından qeydiyyatdan keçən abituriyentlər 5 sentyabrdan etibarən sənəd qəbulu üçün müraciət edə bilərlər.

Qəbul prosesi həftə içi 5 gün saat 09:00-dan 17:00-a qədər aparılacaq.

Ünvan:

-        Tibb ixtisasına qəbul olan abituriyentlərin sənəd qəbulu Bakı şəh.,Nəsimi ray., Səməd Vurğun küç,165 (ATU-nun 5 saylı tədris binası) ünvanında aparılacaq.

-        Stomatologiya ixtisasına qəbul olan abituriyentlərin sənəd qəbulu Bakı şəh.,Nəsimi ray., Səməd Vurğun küç,163 (ATU-nun 4 saylı tədris binası) ünvanında aparılacaq.

-        Əczaçılıq ixtisasına qəbul olan abituriyentlərin sənəd qəbulu Bakı şəh.,Nəsimi ray., Səməd Vurğun küç,163 (ATU-nun 4 saylı tədris binası) ünvanında aparılacaq.

-        İctimai Səhiyyə fakültəsinə (İctimai səhiyyə, Tibb bacısı işi, Fizioterapiya və tibbi reabilitasiya ixtisası) qəbul olan abituriyentlərin sənəd qəbulu Bakı şəh.,Nəsimi ray., Səməd Vurğun küç,163 (ATU-nun 3 saylı tədris binası) ünvanında aparılacaq.

 

Qəbula gələrkən lazım olan sənədlər:

·  Attestat

· 3x4 foto şəkil (4 ədəd)

· 4x4 foto şəkil ( jpeg formatda, ad/soyad/ixtisas qeyd olunmaqla, [email protected] mailinə göndərilməlidir)

·  Şəxsiyyət vəsiqəsi  (2 ədəd sürəti)

·  Dövlət İmtahan Mərkəzindən (DİM) imtahan nəticəsini təsdiqləyən sənəd

·  E-mail ünvanı

·  Ödəmə qəbzi (ödənişli qəbul olanlar üçün)

·  Yaşayış yerindən arayış

·   Hərbi bilet

·   Təhsil haqqından azad olma kateqoriyasına düşən abituriyentlərdən həmin sənədi təsdiq etmələri xahiş olunur