Yunanıstanın Saloniki Aristotel Universiteti (Aristotele University of Thessaloniki) Erasmus+ proqramı çərçivəsində 2023-2024-cü akademik il yaz semestri üçün əməkdaş və tələbə mübadiləsi elan edir.
Əməkdaş mübadiləsi üçün şərtlər və tələb olunan sənədlər:
1. Tibb və ya Administrativ sahədə çalışmalı
2. B2 səviyyədə İngilis dili sertifikatı olmalı
3. İngilis dilində CV
4. Rektorun adına ərizə (Kafedra/Şöbə müdirinin razılığı ilə)
5. Mübadilə 15.01.2024-19.07.2024-cü il aralığında 5 gün müddətində həyata keçirilməlidir.
Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədləri mövzu yerində “Aristotele University of Thessaloniki STAFF mobility” yazaraq 25.09.2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilər.
Xahiş olunur bütün sənədlər yalnız bir e-mail-la göndərilsin.
QEYD: 25.09.2023-cü il tarixindən sonra olunan müraciətlər nəzərə alınmayacaq.
Məlumat üçün bildirmək istəyirik ki, 1 yer üçün Azərbaycanın üç Ali təhsil müəssisəsi mübarizə aparacaqdır.
Tələbə mübadiləsi üçün şərtlər və tələb olunan sənədlər:
1. 2-ci və ya 3-cü kurs tələbəsi olmalı
2. Dekanın imzası ilə ÜOMG (Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi) əks olunmuş arayış
3. B2 səviyyədə İngilis dili sertifikatı
4. İngilis dilində CV
5. Rektorun adına ərizə (Dekanın razılıq imzası ilə)
6. Mübadilə 2023-2024-cü tədris ilinin yaz semestri üçün nəzərdə tutulub.
Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədləri mövzu yerində “Aristotele University of Thessaloniki STUDENT mobility” yazaraq 25.09.2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilər.
Xahiş olunur bütün sənədlər yalnız bir e-mail-la göndərilsin.
Qeyd: Qeyd olunan tarixdən sonra göndərilən müraciətlər nəzərə alınmayacaq.
Məlumat üçün bildirmək istəyirik ki, 1 yer üçün Azərbaycanın üç Ali təhsil müəssisəsi mübarizə aparacaqdır.