2023/2024-cü Tədris ili üçün ixtisas seçiminin ikinci turunda rezidenturaya qəbul olanların nəzərinə!

2023/2024-cü tədris ili üçün rezidenturada boş qalan yerlərə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslər portal.edu.az platformasında qeydiyatdan keçdikdən sonra siyahıda göstərilən sənədlərin əslini aşağıda qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:

- Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər –

pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları

ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə

vəsiqələrini;

- əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi

tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;

- xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil

Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini

təsdiq edən sənədləri;

-xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş

Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa

buraxılması barədə şəhadətnamə”ni.

 

Tarix və ünvan:

18 sentyabr 2023-cü il saat 10:00-14:00

Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsi

(Ünvan: Bakı ş.,Ənvər Qasımzadə k.,14)