Nəzərinizə çatdırırlq ki, rezidenturanın 2023/2024-cü tədris ili 02 oktyabr 2023-cü il tarixindən başlayır. Azərbaycan Tibb Universitetinin Rezidenturasına qəbul olan həkim-rezidentlər 02 oktyabr 2023-cü il tarixində saat 09:00-da seçdikləri kurator və bazalara uyğun olaraq ATU-nun müvafiq tədris binalarına, kafedralara və şöbələrə yaxınlaşmalıdırlar.
(Tədris Cərrahiyyə Klinikası, Tədris Terapevtik Klinikası, Tədris Onkologiya Klinikası, Tədris Stomatoloji Klinikası, müvafiq kafedralar və müvafiq şöbələr) .
Respublika Diaqnostika Mərkəzi, Baku Medical Plaza(28 May filialı), Mərkəzi Neftçilər Xəstəxanası, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalı və Yeni Klinika, Kliniki Tibbi Mərkəzi seçən həkim-rezidentlər 02 oktyabr 2023-cü il tarixində həmin müəssisələrə yaxınlaşmalıdırlar.
Rezidentura və magistratura şöbəsi
Tel; 012-597-44-83
e-poçta ; [email protected]