Hörmətli rezidentlər!
İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşəbbüsü ilə 22, 23 dekabr 2023-cü il tarixlərində Rezidentlərin Elmi Praktik Konfransı keçiriləcək. Konfransın keçirilməsində əsas məqsəd rezidentləri elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaqdır. Konfrans həm cərrahi, həm də terapevtik ixtisaslar üzrə keçiriləcəkdir. 2 gün davam edən konfransda rezidentlərin çıxışları ilə yanaşı Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzində müvafiq ixtisaslar üzrə kurslar həyata keçiriləcək. Konfransda iştirak üçün tezislərin elektron variantları 1 noyabr tarixinədək [email protected] ünvanına göndərilməlidir. Tezislər aşağıdakı tələblərə uyğun olmalıdır: Tezislər azərbaycan, rus və yaxud ingilis dillərində yazılmalıdır. Tezislər 2 səhifədən çox olmamaq şərtilə (format A4), “Times New Roman” şrifti ilə kompyuterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1,5 olmalıdır, soldan, yuxarıdan və aşağıdan 2,5 sm, sağdan 1,5 sm yer buraxılmalıdır. Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı), müəlliflərin çalışdığı kafedranın və ya müəssisənin adı qeyd edilir. Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır. Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır. Tezisdə istinadlar cümlənin sonunda mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, mənbə və nəşrin tarixi göstərilir.
Elmi səviyyəsi və tərtib tələblərinə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.
Əlavə məlumat üçün (050) 990-37-24 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.