Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin tələbələrinin, magistrant və doktorantlarının nəzərinə:
Erasmus+ proqramı çərçivəsində Türkiyənin Eskişehir Anadolu Universiteti 2023-2024-cü akademik ilinin yaz semestrində Əczaçılıq fakültəsinin tələbələri üçün tələbə mübadiləsi elan edir.
Tələbə mübadiləsi üçün şərtlər və tələb olunan sənədlər:
1. 1-ci kurs istisna olmaqla bakalavr, magistratura və doktorantura tələbəsi olmaq;
2. Rektorun adına ərizə (Dekanın razılıq imzası ilə);
3.Dekanın imzası ilə ÜOMG (Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi) - bakalavrlar üçün minimum 58 bal; magistrant və doktorantlar üçün minimum 65 bal;
4. Minimum B1 səviyyəsində İngilis dili sertifikatı;
5. Mübadilə proqramı 2023-2024-cü tədris ilinin yaz semestri üçün nəzərdə tutulub.
Müraciət etmiş tələbələr arasından 1 tələbə seçiləcəkdir, 1 tələbə isə ehtiyatda saxlanılacaqdır.
Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədləri mövzu yerində "Anadolu University Mobility" yazaraq 21.11.2023-cü il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin [email protected]
elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilər.
Xahiş olunur, bütün sənədlər yalnız bir e-mail ilə göndərilsin.
Qeyd: 21.11.2023-cü il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaq.