Kliniki mühakimə bacarıqları və diaqnostik səhvlər təlimi üçün qeydiyyat anketi

Hörmətli tələbələr!

Yeni layihə ilə qarşınızdayıq!

Heidelberg Universitetinin Mannhaym Tibb Fakültəsinin əməkdaşı, ümumi cərrah, eləcə də AzerMDS-in həmtəsisçisi Dr. Vüqar Yaqublu "Kliniki mühakimə bacarıqları və diaqnostik səhvlər" mövzusunda çıxış edəcək.

Düzgün diaqnozun qoyulması uğurlu müalicənin əsas təməl daşlarından biridir. Təəssüf ki, dəqiq diaqnoz qoymaq heç də həmişə mümkün olmur. Səhv qoyulan diaqnozların böyük əksəriyyəti diaqnostika zamanı koqnitiv xətalar səbəbindən baş verir. Bu proses “Kliniki Mühakimə” adlandırılır və diaqnostika və müalicə zamanı ortaya çıxan bütün düşünmə və qərar vermə mərhələlərini əhatə edir. “Klinik mühakimə” praktikası tələbələrin daha məsuliyyətli və yetkin həkimlər olmağına kömək edir.

Qeydiyyat üçün link:

https://docs.google.com/forms/d/e/1FAIpQLSf4nignK4Vcol0CbAQ8Oi2IO7cmiqLyJ8jgey5IMvK0d82AcQ/viewform?usp=sf_link