Kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqə
Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə.
Kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqədə iştirak edənlər Elmi katibliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Rektorun adına ərizə.
- Kadrlar uçotunun şəxsi vərəqi.
- Kafedradan verilmiş xasiyyətnamə. Xasiyyətnaməni kafedranın müdiri və həmkarlar təşkilatının sədri imzalamalıdır. Xasiyyətnamənin müsbət və ya mənfi olması, o cümlədən bu şəxsin yeni müddətə kafedrada çalışıb və ya çalışmaması əsaslandırılmalıdır.
- Tərcümeyi-hal. Burada şəkil, ad, soyad, bitirdiyi məktəblər, elmi ad və dərəcələr, bildiyi dillər, bildiyi kompüter proqramları, çap olunmuş işlərin sayı, işlədiyi yerlər, hazırkı vəzifədə neçə il çalışması, niyə bu vəzifədə yenidən seçilmək istəməsi, olduğu ixtisasartırma kursları, ailə vəziyyəti barədə ətraflı məlumat, yaşadığı ünvan, elektron poçt ünvanı və telefonu göstərilməlidir.
- ATU-nun Klinikalarında çalışanlar üçün son beş ilin həkimlik fəaliyyəti barədə klinikadan verilmiş arayış. Arayış klinikanın direktoru və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmalıdır.
- Son beş il ərzində çap olunan elmi işlərin siyahısı. Siyahı müəllif və kafedra müdiri tərəfindən imzalanmalıdır.
- Açıq mühazirənin və ya açıq təcrübi dərsin videoçəkilişinin diski (əgər bal-reytinq cədvəli üzrə qiymətləndirilmə zamanı təqdim edilməyibsə).
- Şəxsiyyət vəsiqəsinin surəti.
- Müvafiq elmi dərəcə diplomları və elmi ad attestatlarının surəti.
- “Pedaqoji peşəkarlığın artırılması” mövzusunda təlimlərdə iştirakı barədə sertifikat.
Qeyd: ATU-nun əməkdaşı olmayan mütəxəssislər siyahıdakı 3-cü, 5-ci və 7-ci bənddəki sənədlərin əvəzinə, sonuncu iş yerindən verilən xasiyyətnamə, işlədiyi klinikadan həkimlik fəaliyyəti barədə arayış və əmək kitabçasından çıxarışı təqdim etməlidir.