Rezidentlərin Təkrar Dövri Attestasiyası 20 fevral 2024-cü il tarixində saat 11:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcək ( əsas binada-V №li korpusda)
Dövrü attestasiyanın test mərhələsində rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verməlidir. Test suallarına hər düzgün cavab 2(iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur ( səhv cavablar düz cavablara təsir göstərmir). Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab olunurlar. Dövrü attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Qeyd: İmtahana giriş kodları son iki il ərzində dəyişdirilməmişdir. Kodunu itirən və ya unudan rezident imtahandan 30 dəqiqə öncə imtahan mərkəzinə yaxınlaşıb imtahana giriş kodunu əldə edə bilər. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi tələb olunur.
Rezidentura və magistratura şöbəsi