Kafedralar üzrə aşağidaki yerləri tutmaq üçün müsabiqə elan edilir

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI YERLƏRİ TUTMAQ ÜÇÜN

MÜSABİQƏ ELAN EDİR:

 

 

Kafedraların müdirləri:

 

-

Təcili tibb kafedrası

 

-

I Uşaq xəstəlikləri kafedrası

 

 

Kafedraların professorları:

 

-

Tibbi mikrobiologiya və immunologiya kafedrası

- 1 yer

-

Terapevtik stomatologiya kafedrası

- 1 yer

 

Kafedraların dosentləri:

 

-

Qidalanma və tibbi ekologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

III Cərrahi xəstəliklər kafedrası

- 1 yer (0,5 vahid)

-

Yoluxucu xəstəliklər kafedrası

- 3 yer

-

II Uşaq xəstəlikləri kafedrası

- 1 yer ( 0,5 vahid)

-

II Uşaq xəstəlikləri kafedrası

- 1 yer ( 0,25 vahid)

-

II Daxili xəstəliklər kafedrası

- 1 yer

-

II Daxili xəstəliklər kafedrası

- 1 yer ( 0,5 vahid)

-

Sitologiya, embriologiya və histologiya kafedrası

- 1 yer

-

Tibbi-biologiya və genetika kafedrası

- 1 yer

-

Tibbi-biologiya və genetika kafedrası

- 1 yer ( 0,5 vahid)

-

Travmatologiya və ortopediya kafedrası

- 1 yer

-

Azərbaycan dili kafedrası

- 3 yer (0,75 vahid)

 

Kafedraların assistentləri:

 

-

Ortopedik stomatologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

Ortopedik stomatologiya kafedrası

- 2 yer

-

Anesteziologiya və reanimatologiya kafedrası

- 2 yer

-

Ümumi cərrahlıq kafedrası

- 1 yer ( 0,75 vahid)

-

Sitologiya, embriologiya və histologiya kafedrası

- 2 yer

-

Ailə təbabəti kafedrası

- 1 yer

-

Əczaçılıq toksikologiyası və kimya kafedrası

- 1 yer (0,5 vahid)

-

Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası 

- 1 yer

-

Nevrologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

II Cərrahi xəstəliklər kafedrası 

- 1 yer

-

Travmatologiya və ortopediya kafedrası

- 1 yer ( 0,75 vahid)

 

Kafedraların baş müəllimləri:

 

-

İnsan anatomiyası və tibbi terminologiya kafedrası

- 1 yer

-

Bioloji kimya kafedrası

- 2 yer

-

Əczaçılıq kimyası kafedrası

- 1 yer

 

Kafedranın müəllimi:

 

-

Azərbaycan dili kafedrası

- 1 yer (0,5 vahid)

 

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan qəzetdə dərc olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

AZ 1007, Bakı şəhəri, Ənvər Qasımzadə küçəsi,14

Telefon: 597-10-08            

 

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə.

 

Kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqədə iştirak edənlər Elmi katibliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. Rektorun adına ərizə.
  2. Kadrlar uçotunun şəxsi vərəqi.
  3. Kafedradan verilmiş xasiyyətnamə. Xasiyyətnaməni kafedranın müdiri və həmkarlar təşkilatının sədri imzalamalıdır. Xasiyyətnamənin müsbət və ya mənfi olması, o cümlədən bu şəxsin yeni müddətə kafedrada çalışıb və ya çalışmaması əsaslandırılmalıdır.
  4. Tərcümeyi-hal. Burada şəkil, ad, soyad, bitirdiyi məktəblər, elmi ad və dərəcələr, bildiyi dillər, bildiyi kompüter proqramları, çap olunmuş işlərin sayı, işlədiyi yerlər, hazırkı vəzifədə neçə il çalışması, niyə bu vəzifədə yenidən seçilmək istəməsi, olduğu ixtisasartırma kursları, ailə vəziyyəti barədə ətraflı məlumat, yaşadığı ünvan, elektron poçt ünvanı və telefonu göstərilməlidir.
  5. ATU-nun Klinikalarında çalışanlar üçün son beş ilin həkimlik fəaliyyəti barədə klinikadan verilmiş arayış. Arayış klinikanın direktoru və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmalıdır.
  6. Son beş il ərzində çap olunan elmi işlərin siyahısı. Siyahı müəllif və kafedra müdiri tərəfindən imzalanmalıdır.
  7. Açıq mühazirənin və ya açıq təcrübi dərsin videoçəkilişinin diski (əgər bal-reytinq cədvəli üzrə qiymətləndirilmə zamanı təqdim edilməyibsə).
  8. Şəxsiyyət vəsiqəsinin surəti.
  9. Müvafiq elmi dərəcə diplomları və elmi ad attestatlarının surəti.
  10. “Pedaqoji peşəkarlığın artırılması” mövzusunda təlimlərdə iştirakı barədə sertifikat.

Qeyd: ATU-nun əməkdaşı olmayan mütəxəssislər siyahıdakı 3-cü, 5-ci və 7-ci bənddəki sənədlərin əvəzinə, sonuncu iş yerindən verilən xasiyyətnamə, işlədiyi klinikadan həkimlik fəaliyyəti barədə arayış və əmək kitabçasından çıxarışı təqdim etməlidir.