1 may 2024-cü il tarixində I Müalicə Profilaktika Fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş Elmi Konfrans keçiriləcəkdir.
Konfransda müasir təbabətin müxtəlif sahələrinə: kardiologiya, nevrologiya, dermatologiya, pediatriya, transplantologiya, ümumi cərrahiyyə, urologiya, onkoginekologiyaya aid mövzular respublikanın tanınmış həkim ekspertləri tərəfindən müzakirə olunacaqdır.
Proqramla tanış olmaq üçün elandakı Qr kodu oxuda və ya aşağıdakı linkdən istifadə edə bilərsiniz: Proqram
Konfransda iştirak etmək istəyən həkimlər aşağıdakı nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün +994 51 364 16 22