ATUREK 12
ƏZİZ REZİDENTLƏR VƏ MAGİSTRANTLAR!
23 aprel saat 10:00-da 2024-cü ildə Azərbaycan Tibb Universitetində rezidentlərin və magistrantların elmi-praktik konfransı keçiriləcəkdir. Qeydiyyat saat 9:00-dan başlayır.
Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri sözlü və poster məruzələr şəklində dinləniləcək, konfrans Azərbaycan Tibb Universitetinin əsas binasında və klinikalarında keçiriləcəkdir.
Konfransın təşkilat komitəsi ölkə rezidentlərini və ATU-nun magistrantlarını konfransda iştirak etməyə dəvət edir.
Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.
Məruzə mövzularınızı 15.04.2024, tezislərinizi 20.04.2024 tarixədək ATU-nun rezidentura və magistratura şöbəsinə təqdim etməyiniz xahiş olunur.
Təqdim edəcəyiniz elmi işlər aşağıdakı formatda yazılmalıdır:
-Tezislər azərbaycan və ya rus və ya ingilis dillərində yazılmalıdır
-Tezislər 2 səhifədən çox olmamaq şərtilə (format A4), Arial şrifti ilə, şriftin ölçüsü 12, sətirlər arasındakı məsafə 1,15 olmaqla yazılmalıdır
-İşlər orijinal xarakterdə olmalı, ardıcıl olaraq aktuallıq, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır
-Əvvəlcə baş hərflərlə tezisin adı verilməli, sonralı sətirdə müəllifin və elmi rəhbərin adı və soyadı tam şəkildə yazılmalıdır. Daha sonra müəllifin çalışdığı müəssisə, kafedra və ya şöbənin adı tam şəkildə qeyd olunmalıdır.
-Hər elmi işdə müəlliflərin sayı 3-dən çox olmamalıdır.
-Tezisdə kafedra müdirinin və ya şöbə müdirinin və ya kuratorun çap edilməyə dair dərkənarı vacibdir.
Tezislərin çap və elektron variantları 20.04.2024 tarixədək ATU-nun rezidentura və magistratura şöbəsinə təqdim olunmalıdır (Çap və CD şəklində). Ətraflı məlumat üçün ATU-nun Rezidentura və magistratura şöbəsi ilə əlaqə saxlaya biləırsiniz.
Telefon: +99412 5974483