Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin nəzərinə

ERASMUS + MÜBADİLƏ PROQRAMI ELANI

Erasmus KA171 proqramı çərçivəsində Litva Sağlamlıq Elmləri Universiteti 27-31 may 2024-cü il tarixlərində keçiriləcək Beynəlxalq Həftəyə (Erasmus Staff Week) çağıırış elan edir.
Tədbir ərzində Tibb, Odontologiya, Əczaçılıq, Həyat tərzi təbabəti, İctimai Səhiyyənin idarəedilməsi, Psixologiya, Tibb bacılığı, Peşə terapiyası, Fizioterapiya sahələrində mühazirələrin oxunması tələb olunur.

Mübadilə proqramına qoşulmaq üçün şərtlər və tələb olunan sənədlər:
1. Azərbaycan Tibb Universitetinin müəllimi olmaq;
2. Rektorun adına ərizə (Dekanın razılıq imzası ilə);
3. Minimum B2 səviyyəsində Beynəlxalq İngilis dili sertifikatı (B2 İngilis dili səviyyəsi TOEFL-də ümumi 72 bala və ya IELTS-də ümumi 6 bala bərabərdir) ;
4. CV (İngilis dilində);
Müraciət etmiş namizədlər arasından 1 əsas və 1 ehtiyat müəllim seçiləcəkdir.
Yuxarıdakı şərtlərə uyğun namizədlər sənədləri mövzu (title) yerində "Erasmus - LSEU" yazaraq 20.04.2024-cü il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Bütün sənədlərin pdf formatında 1 faylda  göndərilməsi xahiş olunur.

Qeyd: 20.04.2024-cü il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaqdır.