Azərbaycan Tibb Universitetinin tələbələrinin nəzərinə

ERASMUS+ MÜBADİLƏ PROQRAMI ELANI

Erasmus+ Beynəlxalq Kredit Hərəkətliliyi Proqramı çərçivəsində Portuqaliyanın Porto Universiteti 2024-2025-ci tədris ili üçün (1 semestr və ya 2 semestr - tam akademik il) həyata keçiriləcək tələbə mübadilə çağırışı elan edir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

•             Transkript (ingilis dilinə tərcümə olunmuş);

•             2 ədəd pasport biometrik foto;

•             Təhsil vizası (proqrama qəbul olunacaq namizədlər üşün Porto Universiteti tərəfindən dəstək məktubu veriləcəkdir);

•             Tibbi sığorta.

Qeydiyyatdan keçmə qaydaları

1.            Porto Universitetinin veb səhifəsində bu linkə daxil olaraq istifadəçi adı və parolu əldə edin: https://sigarra.up.pt/up/en/utemp_geral.criar_utilizador_edit

2.            (Ərizə formasına daxil olmaq üçün tələb olunur).

3.            Porto Universitetinin veb saytına daxil olun və onlayn ərizə formanızı yaradın.

4.            “Onlayn qeydiyyat təlimatı”nı oxuyun.

5.            Onlayn ərizə formasını təsdiq edin və pdf faylını çap edin.

6.            ATU-nun Beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşıb, çap etdiyiniz qeydiyyat formanızı imzaladın və möhürlədin.

•             Tələb olunan sənədləri (müvafiq qaydada imzalanmış və möhürlənmiş ərizə forması və

transkripti) tək pdf faylı şəklində aşağıdakı linkə yükləyin: https://sigarra.up.pt/up/en/WEB_BASE.GERA_PAGINA?p_pagina=122272

Bütün bu mərhələlər başa çatdıqdan sonra ərizə Porto Universiteti tərəfindən təhlil olunub, namizədə müvafiq məlumat veriləcəkdir.

Müraciət üçün son tarixlər

Bir akademik il üçün – 21 may 2024-cü il (cavab iyun ayında bəlli olur)

1-ci semestr üçün – 21 may 2024-cü il (cavab iyun ayında bəlli olur)

2-ci semestr üçün – 15 oktyabr 2024-cü il (cavab noyabr ayında bəlli olur)

AKADEMİK TƏQVİM

Akademik təqvim fakültədən fakültəyə dəyişə bilər.

Buna görə də bu məlumatı hər bir fakültənin rəsmi saytında yoxlayın.

Yalnız 1-ci semestr  -  2 sentyabr – 7 fevral (final imtahanı: yanvar ayı)

Yalnız 2-ci semestr – 10 fevral – 31 iyul (final imtahanı: iyun - iyul ayları)

Yaşayış şərtləri

Universitet yataqxanaları və/və ya şəxsi yerləşdirmə kimi yaşayış variantları haqqında məlumat tələbə rəsmi olaraq qəbul olunduqdan sonra göndəriləcəkdir.