Müalicə-profilaktika fakültəsinin tələbələrinin nəzərinə, Azərbaycan Tibb Universitetinin rəsmi əməkdaşlıq etdiyi Almaniyanın qabaqcıl tibb müəssisələrindən olan Nordhorn şəhərinin "Euregio" klinikası yay təcrübəsi proqramına qəbul elan edir.
Proqrama daxildir:
- 4 həftəlik təcrübə.
- yemək (gündə 2 dəfə);
Qeyd: transport, qalacaq yer və təyyarə xərcləri tələbələrin özləri tərəfindən ödənilir.
Təcrübə proqramı 2 dövrdə həyata keçirilir:
1-ci dövr: 10 iyul – 10 avqust 2024-ci il;
2-ci dövr: 12 avqust – 11 sentyabr 2024.
Tələblər:
- 3-cü təhsil ilini (6-cı semestr) bitirmək;
- Minimum B2 Alman dili sertifikatına malik olmaq (kurs sertifikatları da keçərlidir);
- Tərcümeyi-hal – CV (email və mobil telefon nömrəsi göstərilməklə) (alman dilində);
- Fakültə dekanından tövsiyə məktubu (Azərbaycan dilində).
Müraciət etmiş tələbələrdən Euregio Klinikası ilk mərhələdə seçim müsahibəsi üçün maksimum 6 oğlan və 6 qız tələbə seçəcəkdir. (14 may 2024-cü il tarixinədək).
2-ci mərhələdə Euregio Klinikası tərəfindən (Zoom və ya Microfoft Teams və ya WhatsApp Video Zəng vasitəsilə) keçiriləcək seçim müsahibəsində 3 oğlan və 3 qız tələbə təcrübəyə buraxılacaqdır (20 may 2024-cü il tarixinədək).
Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri (sertifikat, CV və dekanın tövsiyə məktubu) çap etdirib, Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinə təhvil verməlidirlər.
Sənədlərin son təqdim etmə müddəti: 19 aprel 2024-cü ildir.