ATU tələbələrinin nəzərinə!

Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin ORHUN mübadilə proqramına 2024-2025-ci tədris ilinin payız və yaz semestrləri üçün QEYDİYYAT ELANI:

•    Proqrama aşağıda adları qeyd olunan universitetlərin müvafiq fakültələrində bir semestr təhsil almaq istəyən Müalicə-profilaktika, Stomatologiya və İctimai Səhiyyə fakültəsinin Tibb bacılığı və Fizioterapiya və tibbi reabilitasiya ixtisasının bakalavr (baza ali tibb təhsili) tələbələri müraciət edə bilər:
•    Ege Universiteti:
˗    Tibb fakültəsi
˗    Diş həkimliyi fakültəsi
˗    Tibb bacılığı (Hemşirelik) fakültəsi 
˗    Sağlıq Bilimleri fakültəsinin Fizioterapiya və reabilitasiya bölümü
•    Gazi Universiteti:
˗    Tibb bacılığı (Hemşirelik) fakültəsi

•    Qeydiyyat üçün tələb olunan sənədlər:
1 – Tələbə məlumat forması (Öğrenci bilgi formu) - əlavə olunur. 
2 – Transkript
3 – Dekanın tövsiyə məktubu

•    Qeydiyyat şərtləri:
˗    Proqrama birinci və sonuncu kurs tələbələri istisna olmaqla, digər kurs tələbələri müraciət edə bilər.
˗    Müraciətlərdə yalnız bir universitet və bir semestr seçimi edilə bilər.
˗    Bütün sənədlər kompüterdə doldurulmalıdır.
˗    Müraciət edəcək tələbələr tədris almaq istədikləri fakültənin tədris proqramı ilə öncədən tanış olaraq, fənn və kredit uyğunluğunu müəyyən etməlidirlər.

•    Dərslər Türk dilində keçiriləcəkdir. 
•    Tələbənin nəqliyyat, qalacaq yer və yemək xərcləri proqram tərəfindən ödəniləcəkdir!
•    Sənədlər 26.04.2024-cü il tarixinədək mövzu (title) yerində “Orhun mübadilə proqramı” yazaraq, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin email ünvanına göndərilməlidir: [email protected] 
•    Bütün sənədlərin pdf formatında tək faylda göndərilməsi xahiş olunur.
•    Düzgün doldurulmamış və göstərilən müddətdən gec təqdim olunmuş sənədlər qəbul edilməyəcəkdir!

ATU-nun Beynəlxalq əlaqələr şöbəsi

 

Buradan yükləyin : 

Öğrenci Bilgi Formu - ATU