Beynəlxalq Yay Məktəbi Proqramı ELANI
Azərbaycan Tibb Universitetinin bakalvar tələbələrinin nəzərinə:
Litva Sağlamlıq Elmləri Universiteti 29 iyul - 9 avqust 2024-cü il tarixində yay məktəbinə tələbə qəbulu elan edir.
Proqramın xüsusiyyətləri:
1. Beynəlxalq tələbələr üçün xüsusi hazırlanmış ingilis dili mühazirələri.
2. Litva Sağlamlıq Elmləri Universitetinin müxtəlif fakültə və şöbələrində, Universitetin Kaunas şəhərindəki klinikasında qabaqcıl praktik təcrübə əldə etmək imkanı.
Proqrama qatılmaq üçün şərtlər və tələb olunan sənədlər:
1. I və sonuncu kurslar istisna olmaqla bakalavr (baza ali tibb təhsili) tələbəsi olmaq;
2. Fakültə dekanından xasiyyətnamə (Azərbaycan dilində);
3. CV (İngilis dilində);
4. Dekanın imzası ilə ÜOMG (Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi (İngilis dilində);
Təhsil haqqı və ödənişlər: 1189 avro.
Ödənişə daxildir:
˗ yataqxanada yerləşmə (iki nəfərlik otaqlar);
˗ səhər yeməyi və nahar; Universitetin şöbələrinə transfer (lazım olduqda);
˗ Vilnüs, Trakai, Kaunas turları;
˗ Pažaislis Monastırına ekskursiya;
˗ Anatomiya muzeyi;
˗ Litva Tibb və Əczaçılıq Tarixi Muzeyi.
Namizədlərlə motivasiya müsahibəsi keçiriləcəkdir.
Yay məktəbinin proqramı ilə aşağıdakı linkdə tanış ola bilərsiz:
https://lsmu.lt/wp-content/uploads/Summer_school_2024.pdf
Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədləri mövzu yerində " LSMU Summer school" yazaraq 03.06.2024-cü il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Bütün sənədlərin pdf formatında 1 faylda göndərilməsi xahiş olunur.
Qeyd: 03.06.2024-cü il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaqdır.