COP29 Akademiyası

DİQQƏT!!

2023 və 2024-cü illərdə bakalavr və ya magistr pilləsi üzrə məzunların nəzərinə

Əziz məzunlar COP29 Akademiyası fəaliyyətə başladı.  COP29 Akademiyası mentorluq, peşəkar inkişaf və iş imkanları təklif edən geniş miqyaslı bir layihədir. Proqramın əsas məqsədi iştirakçıların iqlim dəyişmələri və daynıqlılıq sahəsində yeni biliklərin əldə edilməsi, bu məlumatların həmyaşıdları və ailələri ilə paylaşılmasının təmin edilməsidir. Həmçinin, Proqramın əsas hədəflərindən biri davamlı inkişaf və öyrənmə mədəniyyətinin təşviqidir.

2023- cü ilin Məzunları, 2024 – cü ildə Məzun olacaq Azərbaycan Tibb Universitetinin tələbələri və magistr pilləsi məzunları üçün bu mötəbər tədbirdə iştirakına şans yaranmışdır. İştiraka müvəffəqiyyətlə qəbul edilən şəxslər #COP29 komandasından bir sıra mentorluq, peşəkar inkişaf və məşğulluq imkanları əldə edəcəklər.

*Yalnız 2023 və 2024-cü illərdə bakalavr və ya magistr pilləsi üzrə məzunlar üçün nəzərdə tutulub.                             

Müraciət üçün: https://cop29.az/az/pages/cop29-academy

Müraciət etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçin https://docs.google.com/forms/d/e/1FAIpQLSep0d3eVA-6A4f5kBpjBD8EE57w6sV-XHa5fPLHWmfNw9Vf5w/viewform