2024-cü ildə ATU-nun magistratura pilləsinə qəbul olan magistrantların nəzərinə!

2024-2025 Cİ  TƏDRİS İLİNDƏN ETİBARƏN AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN MAGİSTRATURA PİLLƏSİNDƏ BÜTÜN İXTİSASLAŞMALAR ÜZRƏ HƏM GÜNDÜZ, HƏMÇİNİN AXŞAM NÖVBƏSİ FƏALİYYƏT GÖSTƏRƏCƏK!
Azərbaycan Tibb Universitetinin magistratura təhsil pilləsinə qəbul olunmuş şəxslərin diqqətinə çatdırırıq ki, qeydiyyat portal.edu.az saytından həyata keçirilir. Təlimat saytda verilir!
Xahiş olunur, tələb olunan sənədlərin elektron formasını qeyd olunan elektron ünvana göndərəsiniz!

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər:

1.Ali təhsil haqqında diplomun surəti
2.Şəxsiyyət vəsiqəsinin surəti
3.Yaşayış yerindən arayış
4.Sağlamlıq haqqında arayış
5.Tərcümeyi hal (geniş ailə tərkibi haqqında)
6.Hərbi biletin surəti (mövcud olduğu halda)
7.Nigah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda)
8.3x4 fotoşəkil
9.Əlaqə nömrəsi
10. Ödənişli qəbul olan magistrantlar ödənişi ödədiyi barədə qəbz (birbaşa portal vasitəsilə ödəniş etmək və ya qəbzin şəklini portala yerləşdirmək).
 

e-mail: [email protected]

tel.: (055) 410 48 18 – Rezidentura və magistratura şöbəsinin müdir müavini, baş müəllim Əfsanə Məmmədova