Abituriyentlər "tələbə" adını qazandıqdan sonra portal.edu.az platformasında mütləq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən abituriyentlər yerləşdirildiyi ixtisas üzrə təhsil almaq hüququndan imtina etmiş sayılacaqdır.
Qeydiyyatdan keçən abituriyentlər universitetin saytında yerləşdirilən elanda qeyd olunan tarixlərdə və tədris binalarında sənəd qəbulu üçün müraciət edə bilərlər.
Sənəd qəbulu prosesinin keçirilmə tarixi və keçiriləcəyi ünvan haqqında məlumat veriləcək.
18 yaşına çatmamış abituriyentlər sənəd qəbulu prosesi zamanı valideynləri (ana və ata) və ya himayəçiləri ilə mütləq iştirak etməlidirlər.
Sənəd qəbulu prosesi zamanı təqdim olunmalı sənədlər:
• Tam (11 illik) orta təhsil haqqında attestat (əsli)
• 3x4 formatında 4 ədəd fotoşəkil
• Şəxsiyyət vəsiqəsi (2 ədəd sürət)
• Abituriyentin qəbul olunduğuna dair sənəd (şəxsi kabinetdən çap edilmiş)
• Yaşayış yerindən arayış
• İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (oğlanlar üçün)
• Ödəniş qəbzi (ödənişli əsasla qəbul olunan abituriyentlər üçün)
• Təhsil pilləsi üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslər üçün notarial qaydada təsdiq olunmuş müvafiq sənədin sürəti