18-19 oktyabr tarixlərində Azərbaycan Cüdo Federasiyası və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Baku Marriott Hotel Boulvard Avropa Cüdo Birliyinin Tibb Komissiyasının elmi-praktiki seminarı keçiriləcək.
Seminarda Tibb komissiyasının üzvləri və eskpertlərin, birliyə üzv olan ölkələrin cüdo federasiyalarının tibb üzrə məsul şəxslərinin, milli komandaların həkimlərinin, idman tibb həkimlərinin, ortopedik cərrahların, fizioterapevtlərin və reabilitasiya üzrə məsul şəxslərin iştirakı planlaşdırılır. Seminar ingilis dilində keçiriləcək, iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.
Tədbirdə əlaqəli mövzu ilə çıxış etmək istəyənlər öz məqalə və təqdimat təkliflərini 1 oktyabr tarixindən gec olmayaraq [email protected] ünvanına göndərə bilərlər.
Qeydiyyat və ətraflı məlumat üçün Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin müdiri Orxan Oruczadə ilə əlaqə saxlanılması xahiş edilir: (055) 444 28 45, [email protected]