Azərbaycan Tibb Universitetində biotexnoloq, lab- tədqiqatçısı Sona Hacıyeva tərəfindən “Yüksək kvartilli jurnallarda nəşr üçün elmi məqalələri necə hazırlayaq?” adlı seminar keçiriləcək. Seminar 5 noyabr 2024 -cü ildə saat 14:00 -da ATU-nun Tədris Tədris Terapevtik Klinikasında (XIV mərtəbə, konfrans zalı) baş tutacaq.
Qeyd edək ki, Sona Hacıyeva Dövlət Proqramı qalibi İtaliyanın Bolonya Universitetinin doktorantı, ADA, İtaliya-Azərbaycan Universiteti tədqiqatçısı, UNEC Əziz Sancar Adına Qida Təhlükəsizliyi laboratoriyasının tədqiqatçısıdır.