Erasmus+ Proqramının İmkanları üzrə Təlim

03 dekabr saat 14:00 -da Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasında (1-ci mərtəbə)  “Erasmus + Proqramının imkanları” mövzusunda təlim baş tutacaq
Təlim Azərbaycanın Erasmus+ Milli Ofisinin direktoru və Avropa İttifaqının təhsil proqramlarının təcrübəli mütəxəssisi, Parviz Bağırov tərəfindən keçiriləcək.  Təhsil və beynəlxalq əməkdaşlıq sahəsində 20 ildən artıq iş təcrübəsinə malik olan mütəxəssis, Erasmus+, Tempus və Tacis proqramlarının Azərbaycanın təhsil sisteminin inkişafına necə töhfə verdiyini və Avropa İttifaqı ilə əməkdaşlıqda əldə olunan təcrübələri bölüşəcəkdir. Bu təlimdə, iştirakçılar Erasmus+ proqramı çərçivəsində təhsil imkanları, layihə iştirakçılığı və əməkdaşlıq barədə məlumat alacaqlar.