14 yanvar saat 10:00 Azərbaycan Tibb Universitetində “Avstraliya və Azərbaycanda İctimai Səhiyyənin rolu, tədris proqramı, II tip şəkərli diabetin müalicəsində özünüidarəetmənin rolu” mövzusuna həsr olunmuş seminar keçiriləcək.
Seminar “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təqaüdçüsü, University of Wollongong (Avstraliya, NSW) İctimai Səhiyyə fakültəsinin III kurs doktorantı Cəmilə Butayeva tərəfindən aparılacaq.
Tədbir, ATU-nun 5 saylı tədris binasında (4cü mərtəbə, “İctimai sağlamlıq və səhiyyənin təşkili ” kafedrasının mühazirə zalında) baş tutacaq.