Dövrü attestasiyadan kəsilən və imtahana gəlməyən analıq məzuniyyətindən qayıdan rezidentlər üçün 21.02.2025-ci il tarixində Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində təkrar dövrü attestasiya keçiriləcək
Dövrü attestasiyanın test mərhələsində rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verməlidir. Test suallarına hər düzgün cavab 2(iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur (səhv cavablar düz cavablara təsir göstərmir). Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab olunurlar. Dövrü attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Qeyd: Bütün rezidentlərin İmtahan mərkəzindən şifrələri götürmələri tələb olunur. Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq.
Rezidentura və magistratura şöbəsi