Kafedralar üzrə aşağıdakı yerləri tutmaq üçün müsabiqə

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI YERLƏRİ TUTMAQ ÜÇÜN

MÜSABİQƏ ELAN EDİR:

 

 

Kafedraların dosentləri:

 

-

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası

- 1 yer (0,5 vahid)

-

II Uşaq xəstəlikləri kafedrası

- 1 yer (0,5 vahid)

-

Xarici dillər kafedrası

- 1 yer 

 

Kafedraların assistentləri:

 

-

Patoloji anatomiya kafedrası

- 1 yer

-

Şüa diaqnostikası və terapiyası kafedrası

- 1 yer

-

Anesteziologiya və reanimatologiya kafedrası

- 1 yer

-

Psixiatriya kafedrası

- 2 yer

-

Ümumi cərrahlıq kafedrası

- 1 yer

-

Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası

- 1 yer

-

Uşaq cərrahlığı kafedrası

- 3 yer (0,5 vahid)

-

Ortopedik stomatologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

Allerqologiya və immunologiya kafedrası

- 2 yer (0,5 vahid)

-

I Uşaq xəstəlikləri kafedrası

- 1 yer (0,5 vahid)

-

II Uşaq xəstəlikləri kafedrası

- 3 yer (0,5 vahid)

-

Ailə təbabəti kafedrası

- 1 yer

-

Ailə təbabəti kafedrası

- 1 yer (0,5 vahid)

-

Ailə təbabəti kafedrası

- 1 yer (0,75 vahid)

-

I Mamalıq və ginekologiya kafedrası

- 1 yer (0,25 vahid)

-

II Mamalıq və ginekologiya kafedrası

- 2 yer (0,5 vahid)

-

Tibbi mikrobiologiya və immunologiya kafedrası

- 1 yer

-

Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası

- 1 yer

-

Ağız və üz-çənə cərrahiyyəsi kafedrası

- 1 yer (0,5 vahid)

-

İnsan anatomiyası və tibbi terminologiya kafedrası

- 1 yer

-

Bioloji kimya kafedrası

- 1 yer

-

III Cərrahi xəstəliklər kafedrası

- 1 yer (0,5 vahid)

-

Dermatovenerologiya kafedrası

- 1 yer (0,5 vahid)

-

II Daxili xəstəliklər kafedrası

- 1 yer (0,5 vahid)

 

Kafedranın müəllimi:

 

-

Normal fiziologiya kafedrası

- 2 yer

-

Xarici dillər kafedrası

- 5 yer (0,5 vahid)

-

Azərbaycan dili kafedrası

- 1 yer (0,5 vahid)

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan qəzetdə dərc olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:

AZ 1007, Bakı şəhəri, Ənvər Qasımzadə küçəsi,14

Telefon: 597-10-08              

 

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə.

Kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqədə iştirak edənlər Elmi katibliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

 Rektorun adına ərizə.

  1. Kadrlar uçotunun şəxsi vərəqi.
  2. Kafedradan verilmiş xasiyyətnamə. Xasiyyətnaməni kafedranın müdiri və həmkarlar təşkilatının sədri imzalamalıdır. Xasiyyətnamənin müsbət və ya mənfi olması, o cümlədən bu şəxsin yeni müddətə kafedrada çalışıb və ya çalışmaması əsaslandırılmalıdır.
  3. Tərcümeyi-hal. Burada şəkil, ad, soyad, bitirdiyi məktəblər, elmi ad və dərəcələr, bildiyi dillər, bildiyi kompüter proqramları, çap olunmuş işlərin sayı, işlədiyi yerlər, hazırkı vəzifədə neçə il çalışması, niyə bu vəzifədə yenidən seçilmək istəməsi, olduğu ixtisasartırma kursları, ailə vəziyyəti barədə ətraflı məlumat, yaşadığı ünvan, elektron poçt ünvanı və telefonu göstərilməlidir.
  4. ATU-nun Klinikalarında çalışanlar üçün son beş ilin həkimlik fəaliyyəti barədə klinikadan verilmiş arayış. Arayış klinikanın direktoru və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmalıdır.
  5. Son beş il ərzində çap olunan elmi işlərin siyahısı. Siyahı müəllif və kafedra müdiri tərəfindən imzalanmalıdır.
  6. Açıq mühazirənin və ya açıq təcrübi dərsin videoçəkilişinin diski (əgər bal-reytinq cədvəli üzrə qiymətləndirilmə zamanı təqdim edilməyibsə).
  7. Şəxsiyyət vəsiqəsinin surəti.
  8. Müvafiq elmi dərəcə diplomları və elmi ad attestatlarının surəti.
  9. “Pedaqoji peşəkarlığın inkişafı” mövzusunda təlimlərdə iştirakı barədə sertifikatın surəti.

Qeyd: ATU-nun əməkdaşı olmayan mütəxəssislər siyahıdakı 3-cü, 5-ci və 7-ci bənddəki sənədlərin əvəzinə, sonuncu iş yerindən verilən xasiyyətnamə, işlədiyi klinikadan həkimlik fəaliyyəti barədə arayış və əmək kitabçasından çıxarışı təqdim etməlidir.